- 161
Samsung Galaxy S25 FE təqdimatını canlı izləyin!
Samsung bu gün xüsusi Galaxy Event təşkil edir və burada Galaxy S25 ailəsinin ən yeni üzvü – Galaxy S25 FE modeli ilə yanaşı premium AI planşetlərini təqdim edəcək. Təqdimat tədbiri tamamilə onlayn keçirilir və saat 9:30 UTC-də canlı yayımlanacaq. Siz də tədbiri izləmək üçün aşağıdakı yayımı qoşa bilərsiniz.
Şirkət rəsmi olaraq konkret ad çəkməsə də, gözləntilərə görə Galaxy S25 FE, Galaxy Tab S11 və Galaxy Tab S11 Ultra modelləri təqdim olunacaq.
Hələlik Samsung bu cihazlar haqqında ətraflı məlumat açıqlamasa da, sızdırılmış render görüntüləri onların dizaynını ortaya çıxarıb.
Canlı yayıma qoşula bilməyənlər üçün tədbirin yekununda saytımızda geniş icmal və bütün detalları təqdim edəcəyik. Yeni məhsullar haqqında ətraflı məlumat almaq üçün səhifəmizə nəzər yetirməyi unutmayın!