- 296
Galaxy S26 Pro və S26 Ultra dizaynı sızdırıldı
Galaxy S26 Pro və S26 Ultra dizaynı sızdırıldı – Gözlənilən xüsusiyyətlər açıqlandı!
Samsung Galaxy S26 Pro və Galaxy S26 Ultra modellərinə aid ilk render görüntüləri nəhayət ortaya çıxdı. Texnologiya dünyasının maraqla gözlədiyi yeni Galaxy S26 seriyası dizaynı ilə yanaşı, güclü texniki göstəriciləri ilə də diqqət çəkəcək.
Daha əvvəl Galaxy S26 Edge render fotoları paylaşılmışdı. İndi isə seriyanın ən çox gözlənilən modelləri olan S26 Pro və S26 Ultra haqqında yeni məlumatlar gündəmə gəlib.
Kamera dizaynında dəyişiklik
Renderlərə əsasən, Galaxy S26 Pro selefindən fərqli olaraq hap şəklində çıxıntılı kamera adası dizaynı ilə təqdim olunacaq. Galaxy S26 Ultra isə bu dizaynı qoruyacaq, lakin əlavə olaraq əlavə kamera modulu və lazer fokuslama sistemi ilə fərqlənəcək. Bundan başqa, Ultra modelində künclər daha yumru olacaq.
Galaxy S26 Ultra – Gözlənilən xüsusiyyətlər
- Ölçülər: 163,4 x 77,9 x 7,8 mm
- 6,9 düymlük AMOLED ekran, CoE depolarizasiya qatlı, 3-cü nəsil əks-əlaqə önləyici şüşə
- Snapdragon 8 Elite 2 for Galaxy prosessor
- 16 GB RAM və 1 TB yaddaş
- One UI 8.0 əməliyyat sistemi
- Kamera: 200 MP əsas + 50 MP periskop + 50 MP ultra geniş + 12 MP telefoto
- 5000 mAh batareya, 60W sürətli şarj
- Qi2 simsiz maqnit şarj dəstəyi
Galaxy S26 Pro – Gözlənilən xüsusiyyətlər
- Cəmi 6,7 mm qalınlıq
- 6,27 düymlük ekran, daha incə çərçivələr, 120 Hz yeniləmə tezliyi
- Snapdragon 8 Elite 2 (3nm) və ya Exynos 2600 (2nm)
- 12 GB RAM və 512 GB yaddaş
- Kamera: 50 MP əsas + 12 MP ultra geniş + 10 MP telefoto
- 4300 mAh batareya, 45W sürətli şarj
- Qi2 simsiz maqnit şarj
Galaxy S26 Edge – Gözlənilən xüsusiyyətlər
- 5,5 mm qalınlıq
- 6,7 düymlük AMOLED ekran, QHD+ çözünürlük, 120 Hz yeniləmə tezliyi
- Snapdragon 8 Elite 2 (3nm)
- 12 GB RAM və 512 GB yaddaş
- Kamera: 200 MP əsas + 12 MP ultra geniş
- 4300 mAh batareya
- Qi2 simsiz maqnit şarj
Samsung-un 2025-ci ildə təqdim etməsi gözlənilən bu modellər, dizayn dəyişiklikləri və güclü texniki göstəriciləri ilə iPhone 17 seriyası başda olmaqla digər rəqiblərinə ciddi rəqabət yaradacaq.