MAIL.TELTAP.AZ - Elan yerləşdir
  • 168

ChatGPT-də “Proyektlər” funksiyası artıq pulsuz oldu!

OpenAI, ChatGPT-dəki “Proyektlər” funksiyasını artıq pulsuz istifadəçilərə də təqdim etdi. Bu funksiya vasitəsilə söhbətləri qovluqlar üzrə təşkil etmək, fayl yükləmək və şəxsi parametrlərlə süni intellekti idarə etmək mümkündür.

Əvvəllər yalnız ödənişli abunələr üçün aktiv olan bu funksiya indi ChatGPT-nin pulsuz versiyasında da istifadəyə açılıb. “Proyektlər” sadə qovluq sistemi deyil – istifadəçilər süni intellekt üçün xüsusi təlimatlar yaza, həmçinin hansı məlumatlara və fayllara çıxışın mümkün olduğunu məhdudlaşdıra bilərlər.

Bundan əlavə, OpenAI fayl yükləmə limitlərini yenilədi. Artıq:

  • Ödənişsiz istifadəçilər 5 fayl,
  • Plus abunəçiləri 25 fayl,
  • Pro abunəçiləri isə 40 fayl əlavə edə bilirlər.

Həmçinin hər bir proyekt üçün rəng və ikon seçimi imkanı da yaradılıb ki, bu da şəxsi təcrübəni daha fərdiləşdirir.

OpenAI əvvəllər də bir çox premium funksiyanı mərhələli şəkildə hamı üçün əlçatan etmişdi. Məsələn, ChatGPT VoiceDeep Research əvvəlcə ödənişli abunələrə təqdim olunmuş, daha sonra bütün istifadəçilərə açılmışdı. Lakin pulsuz versiyada müəyyən məhdudiyyətlər qalır. Məsələn, GPT-5 modeli bütün istifadəçilərə açılsa da, pulsuz abunələrin gündəlik istifadə limiti daha az saxlanılır.

Hazırda “Proyektlər” funksiyası həm veb versiyada, həm də Android tətbiqində istifadəyə verilib. iOS istifadəçiləri üçün isə bu funksiya yaxın günlərdə istifadəyə açılacaq.